İspaniya La Liqasının 22-ci turunda “Real” - “Rayo Valyekano” qarşılaşması madridlilər üçün arzuolunmaz hadisə ilə yadda qalıb.
İdman.Biz xəbər verir ki, oyunun səkkizinci dəqiqəsində “Real”ın hücumameyilli yarımmüdafiəçisi Cud Bellinqem zədə alıb.
Bellinqem cinahdan sürətli irəliləyiş edərkən qəfil axsamağa başlayıb, budun arxa hissəsindən tutaraq qazona uzanıb. İngiltərəli futbolçu meydanı göz yaşları içində tərk edib.
10-cu dəqiqədə baş məşqçi məcburi dəyişikliyə əl atıb və Bellinqemin yerinə hücumçu Braim Dias meydana daxil olub.
