Adama Traorenin gücü epizodun əsas mövzusuna çevrildi - VİDEO

1 Fevral 2026 13:35
73
Adama Traorenin gücü epizodun əsas mövzusuna çevrildi - VİDEO

İngiltərə Premyer Liqasında keçirilən oyunda qeyri-adi və diqqətçəkən epizod yaşanıb. “Vest Hem”in fiziki gücü ilə seçilən vingeri Adama Traore meydanda “Çelsi”nin müdafiəçisi Mark Kukurelyanı asanlıqla kənara atıb.

İdman.Biz xəbər verir ki, qarşılaşma zamanı baş verən epizodda təxminən 70 kiloqram çəkisi olan Kukurelya Traorenin təması ilə sanki “lələk kimi” meydandan kənara uçub. Bu məqam həm tribunada, həm də televiziya yayımında xüsusi diqqət çəkib.

Komanda yoldaşını qorumağa çalışan “Çelsi”nin hücumçusu Joao Pedro Traoreyə doğru yönəlib. Lakin əzələli futbolçunun hədələyici görünüşünü görən braziliyalı oyunçu vəziyyəti davam etdirməməyə üstünlük verib və geri çəkilərək Trevo Çalobanın arxasında gizlənib.

İdman.Biz