“Hər kəs səbirsizliklə “Qarabağ”ın səfərdə “Liverpul” ilə oyununu gözləyir. Ağdam klubu məğlub olsa belə, digər qarşılaşmalarda sensasiya olmasa, təmsilçimiz pley-offda mübarizə aparacaq”.
Bu sözləri Azərbaycanın U-21 millisinin sabiq baş məşqçisi Samir Əliyev deyib.
U-21 yığmamızın sabiq baş məşqçisi UEFA Çempionlar Liqasında bu gün baş tutacaq “Liverpul” - “Qarabağ” matçı barədə fikirlərini bölüşüb.
“Liverpul”un çempionatda qeyri-sabit çıxışına baxmayaraq, çətin matç olacaq. Komanda Çempionlar Liqasında uğurlu çıxışı ilə yadda qalıb və növbəti mərhələyə çıxmaq şansını təmin edib. İngiltərə klubuna 3 xal hava-su kimi lazımdır ki, yoluna 1/16-dan yox, 1/8-dən davam etsin. “Qarabağ”ın İngiltərə komandalarına qarşı oynamaq təcrübəsi var. Ümid edək ki, komandamız Liverpul səfərindən heç olmasa bir xalla dönsün”, - deyə o, sport24.az-a açıqlamasında deyib.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında “Liverpul” - “Qarabağ” oyunu bu gün Bakı vaxtı ilə saat 23:59-da keçiriləcək.
