Azərbaycan millisinin sabiq qapıçısı: “Səfərdə “Qarabağ”ı çətin oyun gözləyir”

Xəbərlər
27 Yanvar 2026 15:55
75
Azərbaycan millisinin sabiq qapıçısı: “Səfərdə “Qarabağ”ı çətin oyun gözləyir”

“Səfərdə “Qarabağ”ı çətin oyun gözləyir”.

Bu sözləri Azərbaycan millisinin sabiq qapıçısı Fərhad Vəliyev deyib.

45 yaşlı veteran qolkiper UEFA Çempionlar Liqasında keçiriləcək “Liverpul” - “Qarabağ” oyunu ilə bağlı danışıb.

“Ayntraxt”la oyunda qazanılan qalibiyyət sürpriz deyildi. Oyundan öncə də, düşünürdüm ki, təmsilçimiz Almaniya klubuna qalib gələ bilər. Bir daha şahidi olduq ki, “Qarabağ” səfərdə də, evdə də güclü komandaları məğlub edə bilir”, - deyə sport24.az-a açıqlamasında deyib​.

“Qarabağ”ın sabiq qolkiperi “Liverpul”un dünyanın nəhəng klublarından biri olduğunu deyib:

“Rəqib qalib gəlib ilk “8-lik”də yerini möhkəmləndirmək istəyir. Nə qədər çətin olsa da, ümid edək ki, “Qarabağ” İngiltərədən də ən azı xalla geri dönəcək”.

Qeyd edək ki, sabah UEFA Çempionlar Liqasının əsas mərhələsinin səkkizinci turu çərçivəsində “Liverpul” və “Qarabağ” komandaları üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 23:59-da başlayacaq. “Qarabağ” 7 oyundan sonra 10 xalla 18-ci, “Liverpul” isə 15 xalla dördüncü pillədə qərarlaşıb.

İdman.Biz