Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”ın rəqibi olan İngiltərənin “Liverpul” klubu futbolçusu Endryu Robertsonla bağlı yekun qərarını açıqlayıb.
İdman.Biz xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb.
Mənbə iddia edir ki, Liverpul klubunun rəhbərliyi “Tottenhem”lə ilkin danışıqlara baxmayaraq, 31 yaşlı müdafiəçinin transferinə icazə verməyib.
Məlumat üçün əlavə edək ki, Endryu Robertsonun “Liverpul”la müqaviləsi 2026-cı il iyunun 30-da başa çatır.
