Almaniya Bundesliqası: "Frayburq" evdə "Köln"ə 2:1 hesabı ilə qələbə çaldı - YENİLƏNİB

25 Yanvar 2026 22:31
240
Almaniya Bundesliqası: "Frayburq" evdə "Köln"ə 2:1 hesabı ilə qələbə çaldı - YENİLƏNİB

Almaniya Bundesliqasının 19-cu turunda "Frayburq" - "Köln" qarşılaşması ev sahiblərinin qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, matçda iki dəqiqə ərzində hər iki qapıya vurulan qolların müəllifi "Frayburq"un oyunçuları olub. Belə ki, 10-cu dəqiqədə Maks Rosenfelder avtoqol müəllifi olub. 11-ci dəqiqədə isə Derri Şxerhant fərqlənib. 44-cü dəqiqədə "Frayburq"un qələbə qolunu İqor Matanoviç vurub.

Qələbədən sonra "Frayburq" xallarını 27-yə çatdıraraq yeddinci pilləyə yüksəlib. "Köln" isə 20 xalla 10-cudur.

20:45

Almaniya Bundesliqasının 19-cu turu çərçivəsində “Borussiya Münhenqladbax” “Ştutqart”ı qəbul edib.

İdman.Biz xəbər verir ki, matç üç cavabsız qolla başa çatıb.

30-cu dəqiqədə “Ştutqart”ın heyətindən Ceymi Levellinq fərqlənib. 67-ci dəqiqədə “Borussiya Münhenqladbax”ın oyunçusu Co Skalli avtoqol müəllifi olub. Matçın yekun hesabını müəyyənləşdirən qolu 74-cü dəqiqədə Deniz Undav vurub.

Bu nəticədən sonra Mönhenqladbax “Borussiya”sı 20 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. “Ştutqart” isə 36 xalla Bundesliqada dördüncü yerdədir.

İdman.Biz