Ötən gün “Qarabağ” Çempionlar Liqası çərçivəsində Frankfurtun “Ayntraxt” klubunu məğlub edib (3:2). Azərbaycan təmsilçisinin uğurunu rusiyalı məşqçi Yuri Syomin şərh edib.
İdman.Biz xəbər verir ki, mütəxəssis Almaniya klubu üzərində qazanılan qələbəni “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun xidmətləri ilə əlaqələndirib.
Onun sözlərinə görə, Ağdam klubunun uğurlarının arxasında məhz uzun illərdir komandaya rəhbərlik edən baş məşqçinin əməyi dayanır.
“Qarabağ”da uzun müddətdir çalışan bir məşqçi var. O, sadəcə uğurla yox, çox uğurla işləyir. Qurban Qurbanov “Qarabağ”ı insanlara sevdirib ”, – deyə Yuri Semin bildirib.
Qeyd edək ki, Yuri Syomin vaxtı ilə, 2013/2014 mövsümündə “Qəbələ”nin baş məşqçisi olub.
