İtaliyanın “Komо” futbol klubunun stadionunda futbol meydançasının eni bir metr artırılıb.
İdman.Biz xəbər verir ki, bu barədə “La Provincia di Como” nəşri məlumat yayıb.
Bu qərar komandanın baş məşqçisi Sesk Fabreqasın təşəbbüsü ilə həyata keçirilib. A Seriyasının reqlamentinə əsasən meydançanın maksimal ölçüsü 105x68 metrdir, lakin Fabreqasın rəhbərlik etdiyi komandanın meydançasının eni indiyədək 65 metr olub. Mütəxəssis bu addımın rəqiblərin cinahlardan oyununu daha effektiv şəkildə məhdudlaşdırmaq məqsədi daşıdığını bildirib.
Fabreqas həmçinin növbəti mövsümdə meydançanın daha da genişləndirilə biləcəyini istisna etməyib.
