2026-cı il futbol üzrə Dünya Çempionatı ətrafında ciddi qalmaqal yaranıb və bu, artıq azarkeş səviyyəsində real təsir göstərməyə başlayıb.
İdman.Biz xəbər verir ki, ABŞ-nin Venesuelaya münasibətdə atdığı addımlar fonunda minlərlə azarkeş #BoycottWorldCup teqi ilə turniri boykot etmək qərarı verib və bir gecəyə təxminən 17 min bilet geri qaytarılıb.
Etiraz edən fanatlar bildirirlər ki, “Tramp rejimi getməyənə qədər” ABŞ-yə səfər etməyəcəklər. Onlar ABŞ ərazisində olarkən şəxsi təhlükəsizlikləri və insan hüquqları ilə bağlı ciddi narahatlıq keçirdiklərini əsas gətirirlər.
Sosial şəbəkələrdə yayılan çağırışlarda azarkeşlər digər futbolsevərləri də bu aksiyaya qoşulmağa səsləyir və bunun sadəcə idmanla yox, prinsipial mövqe ilə bağlı olduğunu vurğulayırlar.
Yaranmış vəziyyətdən sonra FIFA təcili iclas çağırıb. Qurumun rəhbərliyi baş verənlərin turnirin təşkili, azarkeş axını və beynəlxalq imicə mümkün təsirlərini müzakirə etmək üçün fövqəladə şura toplayır.
