“Barselona” “Benfika”nın gənc sağ cinah müdafiəçisini izləyir

Xəbərlər
11 Yanvar 2026 17:15
53
“Barselona” “Benfika”nın gənc sağ cinah müdafiəçisini izləyir

Portuqaliyanın “Benfika” klubunda çıxış edən gənc və yüksələn istedad Daniyel Banjaki “Barselona”nın diqqət mərkəzinə düşüb.

İdman.Biz “A Bola” nəşrinə istinadla xəbər verir ki, katalon klubu sağ cinah müdafiəçisi mövqeyində oynayan Banjakinin vəziyyətini çox diqqətlə izləyir.

Futbolçunun “Benfika” ilə müqaviləsi növbəti mövsümün sonunda başa çatır və bu faktor onun bazardakı cəlbediciliyini daha da artırır.

Mənbənin yazdığına görə, “Barselona” gənc futbolçunun inkişafını uzun müddətdir izləyir və mümkün transfer variantlarını nəzərdən keçirir. Klub rəhbərliyi onu perspektivli və gələcəyə hesablanmış transfer kimi qiymətləndirir.

Qeyd edək ki, Daniyel Banjaki “Benfika” akademiyasından yetişən və son mövsümlərdə əsas komandaya doğru sürətlə irəliləyən gənc futbolçulardan biridir.

Müdafiəçi Portuqaliyanın U-18 yığmasında 18 oyun keçirib və iki qol vurub.

İdman.Biz