Ramin Əhmədov: "Geri qayıtmağa qərar verdim"

Xəbərlər
11 Yanvar 2026 16:00
67
Ramin Əhmədov: "Geri qayıtmağa qərar verdim"

Qırğızıstanda başa çatan mövsümü "Alay"da keçirmiş Ramin Əhmədov bu ildən "Ozgon"da oynayacaq.

İdman.Biz xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Qırğızıstanda qalması barədə sportal.az saytına münasibət bildirib.

O, fərqli klublardan təkliflər alsa da, "Ozgon"la anlaşması haqda danışıb:

"Alay"da keçirdiyim müddət mənim üçün çox dəyərli oldu və kluba, azarkeşlərə hər zaman hörmətim qalacaq. Bu qərarı da məhz öz inkişafım və gələcək hədəflərim üçün verdim. “Alay”a isə hər zaman uğurlar arzulayıram. Bəli, yeni komandam "Ozgon"da azərbaycanlı futbolçuların sayının çox olması bizim üçün müsbət haldır. Bir-birimizi daha tez anlayırıq, meydanda və meydandan kənarda ünsiyyət daha rahat olur. Amma eyni zamanda biz hamımız peşəkarıq və əsas məqsəd klubun uğurudur. Milliyyətindən asılı olmayaraq hər kəs komanda üçün maksimumunu verəcək. "Ozgon" bu mövsüm daha güclü və iddialı olmağı hədəfləyir. Klub rəhbərliyi ciddi plan qurub, heyət məqsədli şəkildə formalaşdırılır. Yeni futbolçular, rəqabət olacaq komanda qarşısına böyük hədəflər qoyub biz də meydanda bunu sübut etməyə üstümüzə düşəni ən yaxşı şəkildə etməyə çalışacağıq.

"Alay"dan ayrıldıqdan sonra Azərbaycandan əlaqə saxlayanlar oldu. Hər halda, sonda bura geri qayıtmağa üstünlük verdim. Qırğızıstan çempionatına gəldikdə isə, son ildə futbola ciddi yatırım edilib. Hər il komamda sayı artır, keçən il 14 komanda var idi və yeni mövsümdən say 16 oldu. Rəqabət artıb, bu il iddiaı komandaların sayı çoxalıb, daha maraqlı mövsüm olacaq. Bütün komandalar üçün ağır və çətin olacaq".

İdman.Biz