“Qarabağ”ın baş məşqçisi ən böyük arzusunu açıqladı

Xəbərlər
9 Yanvar 2026 12:46
69
“Qarabağ”ın baş məşqçisi ən böyük arzusunu açıqladı

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında arzusu barədə danışıb.

İdman.Biz xəbər verir ki, mütəxəssis üçün ən vacib məsələnin jurnalistlərin və azarkeşlərin etimadını qorumaq olduğunu bildirib. O qeyd edib ki, bu etimad onun üçün çempionluqlardan və kuboklardan daha dəyərlidir.

Qurban Qurbanov şəxsi həyatı mövzusuna da toxunub. Baş məşqçi şəxsi həyatının böyük hissəsinin futbolla bağlı olduğunu və bu barədə çox danışmağı sevmədiyini bildirib. Onun sözlərinə görə, həyatın bütün sahələrində etimadın böyük əhəmiyyəti var.

Mütəxəssis şəxsi həyatla futbolu ayırmağın çətin olduğunu deyib. O qeyd edib ki, haraya getsə, hər yerdə futbol və məğlubiyyətlər müzakirə olunur, bəzən zarafatla futbolçuları niyə dəyişmədiyi və ya qərarlarının səbəbi soruşulur.

Qurbanov əlavə edib ki, buna baxmayaraq, onu anlayan və bu mövzulara girməyən üç-dörd nəfər hər zaman var.

İdman.Biz