Son günlərin əsas transferləri açıqlandı

Xəbərlər
9 Yanvar 2026 10:47
55
Son günlərin əsas transferləri açıqlandı

Son günlər futbol klubları heyətlərini gücləndirmək üçün bir neçə səs-küylü transfer rəsmiləşdirib.

İdman.Biz xəbər verir ki, transfer bazarında baş verən əsas keçidlər bunlardır:

İtaliyanın "Latsio" klubunda çıxış edən Matteo Qenduzi Türkiyənin "Fənərbağça" klubuna transfer olunub. Keçid 28 milyon avro qarşılığında baş tutub.

Avstriyanın " Zaltsburq" klubunun hücumçusu Petar Ratkov isə 13 milyon avro qarşılığında "Latsio"ya keçib.

Polşanın "Yaqelloniya" klubunun futbolçusu Oskar Petyuşevski 10 milyon avro qarşılığında Portuqaliyanın "Portu" klubuna transfer olunub.

Çexiyanın "Viktoriya Plzen" klubunda çıxış edən Rafiu Durosinmi 9 milyon avroya İtaliyanın "Piza" klubuna keçib.

İspaniyanın "Real Sosyedad" komandasının hücumçusu Umar Sadik isə 4,5 milyon avro qarşılığında "Valensiya"ya transfer olunub.

Macarıstanın "Ferentsvaroş" klubunun futbolçusu Barnabaş Varqa 4,5 milyon avro qarşılığında Yunanıstanın AEK klubuna keçib.

Fransalı hücumçu Vissam Ben Yedder isə sərbəst agent kimi Türkiyənin "Sakaryaspor" klubundan ayrılaraq Mərakeşin "Vidad Kasablanka" klubuna keçib.

"Ştutqart"ın futbolçusu Silas Mvumpa Almaniyanın "Maynz" klubuna transfer olunub. Keçidin maliyyə detalları açıqlanmayıb.

"Sandrlend"ə icarəyə verilmiş Timote Pembel mövsümün qalan hissəsi üçün yenidən Fransanın "Havr" klubuna icarə əsasında qayıdıb.

"Mançester Siti"yə məxsus olan Camay Simpson-Pyusi Almaniyanın "Köln" klubuna icarəyə verilib.

"Nottinqem Forest"in futbolçusu Arno Kalimuendo isə mövsümün qalan hissəsi üçün "Ayntraxt" klubuna icarəyə göndərilib.

İdman.Biz