Minifutbol üzrə Azərbaycan çempionatı: “Zirə” liderliyini qoruyur

Xəbərlər
7 Yanvar 2026 00:35
58
Minifutbol üzrə Azərbaycan çempionatı: “Zirə” liderliyini qoruyur

Minifutbol üzrə Azərbaycan çempionatında doqquzuncu tura start verilib.

İdman.Biz bildirir ki, ilk oyun günündə 4 qarşılaşma olub.

Lider “Zirə” “Star Bakı” ilə üz-üzə gəlib. Oyun 5:0 hesabı ilə “Zirə”nin qələbəsi ilə yekunlaşıb.

“Sumqayıt” səfərdə “Gənclərbirliyi”ni darmadağın edib - 14:4.

Autsayderlərin qarşılaşmasında “Atəşgah Suraxanı” səfərdə “Cənub Storm”dan üstün olub – 8:3.

Turnir cədvəlinin ortalarında qərarlaşmış “Borçalı” və “DİN İDMAN CƏMİYYƏTİ”nin oyununda isə qalib müəyyən olunmayıb - 2:2.

27 xal toplamış “Zirə” turnir cədvəlinə başçılıq edir.

Tura sabah yekun vurulacaq.

İdman.Biz