La Liqanın 18-ci turunda “Selta” doğma meydanda “Valensiya”nı qəbul edib və görüş ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
İdman.Biz xəbər verir ki, qarşılaşmanın son dəqiqələrində “Valensiya”nın qapıçısı Xulen Aqirresabala zədələnərək oyunu davam etdirə bilməyib. “Valensiya” artıq 5 əvəzləmə hüququndan istifadə etdiyinə görə qapıya yarımmüdafiəçi Pepelu keçməli olub.
Bu məqamda “Selta”nın kapitanı Yaqo Aspas fair-play davranışı sərgiləyib. O, baş hakimə müraciət edərək oyunun bitirilməsini xahiş edib və komanda yoldaşlarını daha sakit, təzyiqsiz oynamağa çağırıb.
Həmin epizodlar futbol ictimaiyyəti tərəfindən müsbət qarşılanıb.
