Arne Slot: “Aylardır təkrarlanan problemlə üz-üzəyik”

Xəbərlər
5 Yanvar 2026 10:12
55
Arne Slot: “Aylardır təkrarlanan problemlə üz-üzəyik”

“Liverpul”un baş məşqçisi Arne Slot İngiltərə Premyer Liqasının 20-ci turunda “Fulhem”lə 2:2 hesablı heç-heçədən sonra komandasının oyunundakı mənfi tendensiyalar barədə danışıb.

İdman.Biz xəbər verir ki, niderlandlı mütəxəssis klubun rəsmi saytına açıqlamasında komandanın artıq bir neçə aydır eyni tip səhvləri təkrarladığını vurğulayıb.

“Əgər siz “Liverpul”un bir hissəsi deyilsinizsə və komandanın bütün oyunlarını izləmirsinizsə, belə matçlarda qələbənin bizə təmin olunduğunu düşünə bilərsiniz. Amma təəssüf ki, artıq aylardır görürəm ki, rəqibin ilk epizodu – “Fulhem”in birinci hissədə cəmi bir epizodu var idi - dərhal qola çevrilir. Biz bunu tez-tez görürük. Digər tez-tez rast gəlinən hal isə rəqibin əlavə olunmuş vaxtda gözlənilmədən qol vurmasıdır və bu, sürpriz olur”, - deyə Slot bildirib.

İdman.Biz