Afrika Millətlər Kubokunun qrup mərhələsinin ikinci turunda Sudan və Ekvatorial Qvineya yığmaları arasında keçirilən oyunda xoşagəlməz hadisə yaşanıb.
İdman.Biz xəbər verir ki, Sudan millisinin qapıçısı Monqed Abuzeyd qarşılaşmanın 37-ci dəqiqəsində qəfil yerə yıxılıb və huşunu itirib.

Məlumata görə, 29 yaşlı qolkiperin huşunu itirməsinə səbəb güclü istilik və qanda şəkərin səviyyəsinin kəskin şəkildə enməsi olub. Həkimlərin müdaxiləsindən sonra Abuzeyd oyunu davam etdirib və matçı sona qədər başa vurub.
Qeyd edək ki, qarşılaşma Sudan millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
