Portuqaliya Liqası: “Benfika” Braqada məğlubiyyətdən xilas oldu - VİDEO

Xəbərlər
29 Dekabr 2025 00:33
49
Portuqaliya Liqası: “Benfika” Braqada məğlubiyyətdən xilas oldu - VİDEO

Portuqaliya Liqasının 16-cı turu çərçivəsində keçirilən “Braqa” - “Benfika” qarşılaşması heç-heçə ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, hesabı 29-cu dəqiqədə Nikolas Otamendi açaraq qonaqları önə çıxarıb. 38-ci dəqiqədə Rodriqo Salasar penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib. 45+1-ci dəqiqədə Pau Viktor “Braqa”nı önə keçirib. Lakin 53-cü dəqiqədə Fredrik Eursnes “Benfika” üçün bərabərlik qolunu vurub.

Matçın sonlarında, 90+4-cü dəqiqədə “Braqa”nın hücumçusu Rikardu Orta ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Bu nəticədən sonra “Braqa” 26 xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb. “Benfika” isə 36 xalla üçüncü yerdədir.

İdman.Biz