Kriştianu Ronaldu ilin oyunçusu mükafatına münasibət bildirib

Xəbərlər
29 Dekabr 2025 09:15
42
Kriştianu Ronaldu ilin oyunçusu mükafatına münasibət bildirib

Səudiyyənin “Əl-Nəsr” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu 2025-ci ilin Yaxın Şərqdə ən yaxşı futbolçusu seçilməsinə münasibət bildirib.

İdman.Biz xəbər verir ki, “Globe Soccer Awards” tərəfindən verilən bu mükafata “X”sosial şəbəkə hesabındakı paylaşımı ilə reaksiya verən Ronaldu bunu özü üçün xüsusi an kimi qiymətləndirib.

“Bu, ili başa vuran xüsusi bir andır. Eyni ehtiras, məqsədyönlülük və aclıqla yoluma davam edirəm ki, hədəflərimə çata bilim. Bu il ərzində məni dəstəkləyən hər kəsə təşəkkür edirəm!”, - deyə Ronaldu yazıb.

Qeyd edək ki, Kriştianu Ronaldu 2025-ci ildə peşəkar karyerasında 14-cü dəfə bir təqvim ili ərzində 40 qol həddinə çatıb. Cari mövsümdə “Əl-Nəsr” komandası Səudiyyə Ərəbistanı çempionatında ilk 10 turda mümkün olan 30 xalı qazanaraq turnir cədvəlinin zirvəsində qərarlaşıb.

İdman.Biz