İkinci Liqanın lideri neçə transfer edəcək?

Xəbərlər
29 Dekabr 2025 00:58
37
İkinci Liqanın lideri neçə transfer edəcək?

İkinci Liqanın lideri "Qaradağ Lökbatan" bu qış heyətini gücləndirməkdə qərarlıdır.

İdman.Biz xəbər verir ki, qəsəbə təmsilçisinin baş məşqçisi Qəzənfər Abbasov fanat.az-a açıqlamasında komandaya bir neçə yeni futbolçu qoşulacağını deyib.

"Üç-dörd oyunçu ilə danışmışıq. Amma hələ müqavilə bağlamamışıq. Adlarını transferləri reallaşandan sonra açıqlamaq daha düzgün olar", - deyə baş məşqçi vurğulayıb.

Qeyd edək ki, "Qaradağ Lökbatan" 14-dan sonra 39 xal toplayıb. Abbasovun komandası eyni xala malik "Xankəndi"ni top fərqinə görə qabaqlayır.

İdman.Biz