Sudan millisi Ekvatorial Qvineyanı minimal hesabla məğlub edib

Xəbərlər
28 Dekabr 2025 21:32
48
Sudan millisi Ekvatorial Qvineyanı minimal hesabla məğlub edib

Afrika Millətlər Kubokunun qrup mərhələsində Sudan və Ekvatorial Qvineya yığmaları üz-üzə gəlib.

İdman.Biz xəbər verir ki, E qrupunun ikinci turu çərçivəsində baş tutan qarşılaşma 1:0 hesabı ilə başa çatıb.

Görüşdə vurulan yeganə qol 74-cü dəqiqədə qeydə alınıb. Ekvatorial Qvineya millisinin müdafiəçisi Saul Koko-Bassi topu öz qapısına göndərib.

Bu nəticədən sonra Ekvatorial Qvineya yığması iki turdan sonra xalsız qalaraq qrupda dördüncü pillədə qərarlaşıb. Sudan millisi isə üç xalla üçüncü sırada yer alır.

İdman.Biz