İtaliya A Seriyası: Hoylundun dublu “Napoli”yə qələbə gətirdi - VİDEO

Xəbərlər
28 Dekabr 2025 20:26
45
İtaliya A Seriyası: Hoylundun dublu “Napoli”yə qələbə gətirdi - VİDEO

İtaliya A Seriyasının 17-ci turunda “Napoli” komandası “Kremoneze”ni səfərdə məğlub edib.

İdman.Biz xəbər verir ki, görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə hesab 13-cü dəqiqədə açılıb. “Napoli”nin hücumçusu Rasmus Hoylund fərqlənib. İlk hissəyə əlavə olunmuş vaxtda o, yenidən rəqib qapısına yol taparaq dublunu rəsmiləşdirib. Qalan dəqiqələrdə tərəflər hesabı dəyişə bilməyiblər.

Bu qələbədən sonra “Napoli” 16 oyundan sonra 34 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Kremoneze” isə 17 oyundan sonra 21 xalla 11-ci sıradadır.

Növbəti turda “Napoli” yanvarın 4-də səfərdə “Latsio” ilə üz-üzə gələcək. “Kremoneze” isə eyni gün səfərdə “Fiorentina” ilə qarşılaşacaq.

İdman.Biz