İspaniyanın “Barselona” klubunun gənc ulduzu Lamin Yamal növbəti fərdi uğuruna imza atıb.
İdman.Biz xəbər verir ki, “Globe Soccer Awards”ın qərarına əsasən, Lamin Yamal 2025-ci ilin La Liqada ən yaxşı gənc oyunçusu adına layiq görülüb.
Məlumata görə, Yamal cari mövsümdə göstərdiyi stabil və məhsuldar oyun, habelə gənc yaşına baxmayaraq komandasının əsas üzvlərindən birinə çevrilməsi ilə münsiflərin diqqətini cəlb edib.
"Barselona"nın baş məşqçisi Hansi Flik isə "Globe Soccer"in versiyasına görə 2025-ci ildə La Liqanın ən yaxşı məşqçisi seçilib.
