“Fənərbağça”nın prezidenti sərbəst buraxılıb

Xəbərlər
25 Dekabr 2025 14:58
63
“Fənərbağça”nın prezidenti sərbəst buraxılıb

Narkotik istintaqı çərçivəsində verdiyi saç nümunəsində kokain testinin müsbət çıxmasından sonra saxlanılan Türkiyənin “Fənərbağça” klubunun prezidenti Sadettin Saran məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

İdman.Biz xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğun açıqlamasında şübhəli Sadettin Saran barəsində aparılan istintaq çərçivəsində əldə olunan əlavə sübutlara əsasən ona qarşı narkotik maddə əldə etmə, narkotik istifadəsini asanlaşdırma və narkotik istifadə etmə ittihamları irəli sürülüb və bu səbəbdən onun saxlanıldığı bildirilib.

Jandarmadakı prosedurlardan sonra məhkəmədə ifadəsi alınan Sadettin Saran məhkəmə nəzarəti tələbi ilə məhkəməyə göndərilmişdi.

Qeyd edək ki, “Fənərbaxça” İdman Klubu Sadettin Saranın saxlanılmasından sonra rəsmi açıqlama yayımlayıb. Klubun açıqlamasında bildirilib ki, proses hüquq dövləti prinsipləri çərçivəsində davam edir və Sadettin Saran bu prosesi soyuqqanlılıqla adlayacaq.

İdman.Biz