Stiven Cerrard “Liverpul”a qayıtmağa hazırdır

Xəbərlər
22 Dekabr 2025 10:56
48
Stiven Cerrard “Liverpul”a qayıtmağa hazırdır

“Liverpul”un sabiq yarımmüdafiəçisi Stiven Cerrard zərurət yaranacağı təqdirdə kluba qayıtmağa hazır olduğunu bildirib.

İdman.Biz xəbər verir ki, S.Cerardın açıqlamasını yerli mətbuat dərc edib.

Bir sıra uğursuz nəticələrdən sonra komandanın baş məşqçisi Arne Slot ciddi təzyiq altına düşüb. Mediaya onun mümkün istefası ilə bağlı şayiələr geniş yayılıb. Niderlandlı mütəxəssisin potensial əvəzləyicilərindən biri kimi hazırda məşqçilik fəaliyyəti ilə məşğul olmayan Cerrardın adı çəkilir.

“Mən “Liverpul”un azarkeşiyəm və kluba yalnız ən yaxşısını arzulayıram. Əgər köməyim lazım olarsa, hər zaman yanındayam, istənilən vəziyyətdə”, – İngiltərə mətbuatı mersisaydlıların əfsanəvi sabiq kapitanının sözlərini sitat gətirir.

Qeyd edək ki, “Liverpul” İngiltərə Premyer Liqasında 17 turdan sonra turnir cədvəlində beşinci pillədə qərarlaşıb.

İdman.Biz