Leandro Andrade: “Hələ ki, hər hansı klubdan təklif almamışam” - VİDEO

Xəbərlər
19 Dekabr 2025 15:52
54
Leandro Andrade: “Hələ ki, hər hansı klubdan təklif almamışam” - VİDEO

“Hələ ki, hər hansı klubdan təklif almamışam”.

Bu sözləri “Qarabağ”ın portuqaliyalı futbolçusu Leandro Andrade deyib.

26 yaşlı yarımmüdafiəçi Ağdam klubunda qarşıya qoyduğu hədəflərdən danışıb.

“Əvvəlcə performansımızı daha da yaxşılaşdırmalıyıq. Bunu bacarsaq, inanıram ki, həm çempion ola, həm də Azərbaycan Kubokunu qazana bilərik. Eyni zamanda Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanacağımıza ümidliyəm. Bəzən məğlubiyyətlər də faydalı olur, çünki insanı oturub düşünməyə vadar edir. Həmin səhvlərdən nəticə çıxarıb, gələcəkdə onlara yol verməmək istəyirik”, - deyə o, teleqraf.az-a açıqlamasında deyib.

Qeyd edək ki, Leandro Andrade 2022-ci ildən “köhlən atlar”ın formasını geyinir. O, Çempionlar Liqasının əsas mərhələsində vurduğu 3 qolla bombardirlər siyahısında 25-ci pillədə qərarlaşıb. Andradenin “Qarabağ”la müqaviləsi 2027-ci il iyunun 30-dək nəzərdə tutulub.

İdman.Biz