Böyük gələcək vəd edən ingiltərəli futbolçunun ayağı 36 yaşında “açıldı” - VİDEO

Xəbərlər
19 Dekabr 2025 10:44
51
Böyük gələcək vəd edən ingiltərəli futbolçunun ayağı 36 yaşında “açıldı” - VİDEO

36 yaşlı Endi Kerroll hazırda İngiltərənin altıncı divizionunda çıxış edən “Dagenhem” klubunun heyətində məhsuldar oyunu ilə diqqət çəkir.

İdman.Biz bu ölkə mətbuatına istinadən xəbər verir ki, “Liverpul” və “Nyukasl”ın sabiq hücumçusu yeni komandasında keçirdiyi səkkiz oyunda yeddi qol vurub.

Təcrübəli forvard karyerasının əvvəlində İngiltərə Premyer Liqasında böyük gələcək vəd edən hücumçularından biri hesab edilirdi. O, müxtəlif illərdə “Liverpul”, “Nyukasl”, “Vest Hem” və digər klubların formasını geyinib. Lakin hücumçu zaman keçdikcə gözləntiləri doğrulda bilməyib.

Ötən mövsüm Endi Kerroll Fransanın dördüncü divizionunda çıxış edən “Bordo”da oynayıb. İngiltərəli futbolçu həmin dövrdə ildə cəmi 42 min avro məvacib alıb.

İdman.Biz
Məqalədə: