“Çikaqo Fayr” Levandovski ilə danışıqlara başlayıb

Xəbərlər
17 Dekabr 2025 13:44
35
“Çikaqo Fayr” Levandovski ilə danışıqlara başlayıb

MLS təmsilçisi “Çikaqo Fayr” “Barselona”nın hücumçusu Robert Levandovskinin mümkün transferi ilə bağlı futbolçu tərəfi ilə danışıqlar aparıb.

İdman.Biz xəbər verir ki, tərəflər arasında keçirilən ilkin təmaslar müsbət qiymətləndirilir.

Polşa millisinin üzvünün mövcud müqaviləsi mövsümün sonunda başa çatır və ABŞ klubu onu yayda azad agent statusu ilə heyətinə qatmaq niyyətindədir. Bildirilir ki, Levandovski də bu varianta açıq yanaşır.

Bununla yanaşı, 37 yaşlı hücumçunun maaşının azaldılması və ikinci plan rolunu qəbul etməklə “Barselona”da daha bir mövsüm qalmağa hazır olduğu da iddia olunur. Lakin La Liqa nəhəngi futbolçunun gələcəyi ilə bağlı hələlik konkret qərar verməyib.

Levandovskinin mümkün ayrılığı “Barselona” üçün uzunmüddətli perspektivdə hücum xəttinə yeni, yüksək səviyyəli “9 nömrə” transfer etmək baxımından həlledici amil kimi dəyərləndirilir.

İdman.Biz