Almaniyanın “Borussiya Dortmund” klubunun hücumçusu Karim Adeyemi komandanı tərk etmək niyyətini rəhbərliyə çatdırıb.
İdman.Biz xəbər verir ki, bu barədə Almaniya mətbuatı yazır.
Hücumçu səbəb kimi həyat yoldaşı, kosovalı müğənni Loredana Zefinin Dortmundda deyil, Avropanın iri şəhərlərindən birində yaşamaq arzusunu göstərib.
Qeyd olunur ki, Adeyeminin “Borussiya Dortmund”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Buna baxmayaraq, futbolçunun gələcəyi klub daxilində uzun müddətdir müzakirə mövzusudur. Bu prosesdən sonra hücumçu agentini dəyişib və müqavilə şərtləri ilə bağlı yenidən danışıqlara başlayıb.
Mənbə bildirir ki, Karim Adeyeminin hazırkı transfer dəyəri təxminən 60 milyon avro (təxminən 111 milyon AZN) təşkil edir. Alman hücumçu ilə Avropanın aparıcı klubları - “Barselona”, “Mançester Yunayted” və “Yuventus”un maraqlandığı da iddia olunur.
