İngiltərənin “Mançester Yunayted” komandasının baş məşqçisi Ruben Amorim Amad Diallo və Brayan Mbeumonun Afrikanın Millətlər Kubokunda (AFCON) iştirak edəcəyi dövrdə komandanın vəziyyəti ilə bağlı açıqlama verib.
İdman.Biz xəbər verir ki, portuqaliyalı mütəxəssis AFCON səbəbindən hücum xəttində yaranacaq boşluqlara baxmayaraq, komandanın mövcud heyətlə vəziyyətin öhdəsindən gəlməyə hazır olduğunu bildirib.
Amorim qeyd edib ki, qol vurmaq üçün fərqli yollar tapmağa çalışacaqlar.
Baş məşqçi “Mançester Yunayted”in müdafiə xəttində köklü dəyişikliklərə ehtiyac olub-olmaması ilə bağlı suala da münasibət bildirib. O, arxa xətdə kifayət qədər keyfiyyətli futbolçuların olduğunu vurğulayıb və problemin fərdi yox, komanda şəklində müdafiə olunmaqla bağlı olduğunu deyib.
