Komandası aşağı liqaya düşən azarkeşlər stadionu yandırdılar - VİDEO

Xəbərlər
11 Dekabr 2025 13:14
47
Komandası aşağı liqaya düşən azarkeşlər stadionu yandırdılar - VİDEO

Finlandiyanın “Haka” klubunun stadionunda yanğın hadisəsi baş verib və nəticədə tam bir tribuna və süni örtük ciddi şəkildə zədələnib.

İdman.Biz xəbər verir ki, Valkeakoski şəhərinin “Tehtaan kentta” stadionunda keçirilən araşdırma zamanı polis yanğının stadionun daxilindən törədildiyini və hadisə ilə əlaqədar üç azyaşlının müəyyən edildiyini açıqlayıb. Onlardan biri yanğının başlanmasına səbəb olan əşyanı yandırdığını etiraf edib.

Yanğın klubun Finlandiyanın ali liqası Veikkausliiqadan ikinci diviziona düşməsindən qısa müddət sonar baş verdiyi üçün polis bu istiqamətdə də araşdırma aparır.

“Haka” klubunun rəhbəri Marko Laaksonen Finlandiya mediasına bildirib ki, dəyən ziyanın həcmi hələ hesablanmayıb, lakin zərər xeyli böyükdür.

1934-cü ildə təsis olunmuş “Haka” indiyədək 9 Finlandiya çempionluğu və 12 kubok qazanıb. Stadion da 1934-cü ildə inşa olunub.

İdman.Biz

Məqalədə: