Xabi Alonso ilə bağlı qərar verildi

Xəbərlər
11 Dekabr 2025 12:26
46
Xabi Alonso ilə bağlı qərar verildi

İspaniyanın “Real Madrid” klubunun baş məşqçisi Xabi Alonso son nəticələrə baxmayaraq vəzifəsində qalıb və rəhbərlik tərəfindən ən azı yanvar ayına qədər etimad krediti alıb.

İdman.Biz AS nəşrinə istinadla xəbər verir ki, klub rəhbərliyi ispaniyalı mütəxəssisi Superkuboka qədər postunda saxlamaq qərarına gəlib. Qarşıdakı “Alaves” matçına da komandanı məhz Xabi Alonso çıxaracaq.

Məlumata görə, Madrid rəhbərliyi məşqçinin komandanın oyununu sabitləşdirəcəyinə inanır və mövsümün bu mərhələsində dəyişiklik etməyin düzgün olmayacağı qənaətindədir.

Qeyd edək ki, “Real Madrid” rəhbərliyinin növbəti qiymətləndirməni yanvar ayında aparacağı bildirilib.

İdman.Biz

Məqalədə: