UEFA Avropa Liqasının əsas mərhələsinin altıncı turunun oyunları keçirilir.
İdman.Biz bildirir ki, Niderlandın “Utrext” klubu “Nottingem Forest”i qəbul edib. Oyun Utrextdəki “Qalgenvaard” stadionunda oynanılıb. Qarşılaşma 2:1 hesabı ilə “Nottingem Forest”in xeyrinə başa çatıb.
52-ci dəqiqədə “Utrext”in hücumçusu Arno Kalimuendo hesabı açıb. 73-cü dəqiqədə qonaqların müdafiəçisi Mayk van der Hoorn bərabərlik qolunu vurub. 88-ci dəqiqədə İqor Jezus ingilislərin qələbə topuna imza atıb – 1:2.
“Dinamo” (Zaqreb) “Real Betis”i qonaq edib. Oyun 3:1 hesabı ilə qonaqların qələbəsi ilə qurtarıb. Qolları meydan sahiblərindən Qaleşiç (89), qonaqlardan isə Dominges (31), Rikelme (34) və Antoni (38) vurublar.
Digər oyunların nəticələrini təqdim edirik:
“Ferentsvaroş” (Macarıstan) - “Reyncers” (Şotlandiya) - 2:1
Qollar: Etveş (45+5), Varqa (72); Miovski (27)
“Ludoqorets” (Bolqarıstan) - PAOK (Yunanıstan) - 3:3
Qollar: Staniç (33), Verdon (70), Çoçev (77); Despodov (39), Volyakko (48), Mitu (90)
“Midtyulland” (Danimarka) - “Genk” (Belçika) - 1:0
Qollar: Sun (17)
“Nitsa” (Fransa) - “Braqa” (Portuqaliya) - 0:1
Qollar: Viktor (28)
“Şturm” (Avstriya) - “Srvena Zvezda” (Serbiya) - 0:1
Qollar: İvaniç (55)
“Ştutqart” (Almaniya) - “Makkabi” (Təl-Əviv, İsrail) - 4:1
Qollar: Assinyon (24), Tomaş (37), Mittelştedt (50), Vaqnoman (90+4); Revivo (52)
“Yanq Boyz” (İsveçrə) - “Lill” (Fransa) - 1:0
Qollar: Males (61)
10:09
Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin altıncı turunun oyunları keçiriləcək.
İdman.Biz xəbər verir ki, bu turda 18 qarşılaşma baş tutacaq.
Bugünkü qarşılaşmaların siyahısını təqdim edirik:
UEFA Avropa Liqası
Əsas mərhələsi
Altıncı tur
11 dekabr
21:45. “Dinamo” (Xorvatiya) - “Real Betis” (İspaniya);
21:45. “Ferentsvaroş” (Macarıstan) - “Reyncers” (Şotlandiya);
21:45. “Ludoqorets” (Bolqarıstan) - PAOK (Yunanıstan);
21:45. “Midtyulland” (Danimarka) - “Genk” (Belçika);
21:45. “Nitsa” (Fransa) - “Braqa” (Portuqaliya);
21:45. “Şturm” (Avstriya) - “Srvena Zvezda” (Serbiya);
21:45. “Ştutqart” (Almaniya) - “Makkabi” (Təl-Əviv, İsrail);
21:45. “Utrext” (Niderland) - “Nottinqem Forest” (İngiltərə);
21:45. “Yanq Boyz” (İsveçrə) - “Lill” (Fransa);
23:59. “Bazel” (İsveçrə) - “Aston Villa” (İngiltərə);
23:59. “Brann” (Norveç) - “Fənərbağça” (Türkiyə);
23:59. “Selta Viqo” (İspaniya) - “Bolonya” (İtaliya);
23:59. “Seltik” (Şotlandiya) - “Roma” (İtaliya);
23:59. “Portu” (Portuqaliya) - “Malmö” (İsveç);
23:59. FCSB (Rumıniya) - “Feyenoord” (Niderland);
23:59. “Frayburq” (Almaniya) - “Zaltsburq” (Avstriya);
23:59. “Lion” (Fransa) - “Qou Ehed İqlz” (Niderland);
23:59. “Panatinaikos” (Yunanıstan) - “Viktoriya” (Çexiya).
