Azər Həşimovun vəkili: “Karvan-Yevlax” müqaviləni birtərəfli qaydada pozub”

Xəbərlər
10 Dekabr 2025 17:50
60
Azər Həşimovun vəkili: “Karvan-Yevlax” müqaviləni birtərəfli qaydada pozub”

“Karvan-Yevlax” baş məşqçisi Azər Həşimovla müqaviləyə birtərəfli şəkildə xitam verib.

İdman.Biz futbolinfo.az-a istinadən xəbər verir ki, Azər Həşimovun vəkili Elcan Həsənli məlumat verib.

O bildirib ki, Yevlax təmsilçisi dünən rəsmi şəkildə məktub göndərərək sözləşməni pozduğunu açıqlayıb.

“Belə bir məktub aldıq. Artıq onlar birtərəfli formada müqaviləni pozduqlarını bildirdilər. Onlar qeyd edib ki, Azər Həşimov məşqlərə gəlmədiyi üçün sözləşmə ləğv edilib. Biz də indi hüquqi prosedurlara start verəcəyik. Təzminat məsələsinə görə AFFA-ya və bütün hüquqi orqanlara şikayətimizi bildirəcəyik”.

Klubdan isə bu barədə açıqlama verilmir. Yevlaxlılar xəbəri nə təsdiq, nə də təkzib edirlər.

Qeyd edək ki, “Karvan-Yevlax” Azər Həşimovu baş məşqçi postundan göndərməmiş onun əvəzinə Füzuli Məmmədovu həmin vəzifəyə gətirib. Azər Həşimov da klubdan təzminat tələb edir. Təzminatın məbləği isə təxminən 20 min manat civarındadır.

İdman.Biz