“Ayaks”ın çalışdırıcısı Fred Qrim: “Qarabağ”a qarşı planlarımız var”

Xəbərlər
9 Dekabr 2025 17:15
52
“Ayaks”ın çalışdırıcısı Fred Qrim: “Qarabağ”a qarşı planlarımız var”

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda “Qarabağ”a qarşı keçiriləcək oyundan öncə Niderlandın “Ayaks” komandasının baş məşqçi əvəzi Fred Qrim jurnalistlərə keçiriləcək matç barədə fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, F.Qrim klubdakı insanların onlara dəstək olduğunu azarkeşlərin bura gəlişinin onalı sevindirdiyini bildirib

“Rəqibin oyunlarını izləmişik və təhlil etmişik, futbolçular texniki cəhətdən güclüdür, balanslı və böyük komandadır. “Qarabağ” hücumlarda çox sürətlidir və bunun üçün də müəyyən planlarımız var. Səbirsizliklə sabahı gözləyirik. Mövcud durumlarına əsasən futbolçular meydana çıxacaq”, - deyə o qeyd edib.

O, əvvəlki Çempionlar Liqası matçlarında məğlubiyyətlərin komanda üçün ağır olduğunu xatırladıb:

“Sabah xal qazanmaq istəyirik. Növbəti mərhələyə düşmək istəyirdik. Belə bir turnirdə xalsız qalmaq yaxşı deyil, pisdir. Rəqibin yeddi xalı var, bunu bilirik və əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” - “Ayaks” qarşılaşması dekabrın 10-da saat 21:45-də start götürəcək.

İdman.Biz