“Qarabağ”a qarşı oyundan öncə “Ayaks”ın qapıçısından ehtiyatlı açıqlama

Xəbərlər
9 Dekabr 2025 16:54
58
“Qarabağ”a qarşı oyundan öncə “Ayaks”ın qapıçısından ehtiyatlı açıqlama

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda “Qarabağ”la qarşılaşacaq “Ayaks” komandası Bakıda mətbuat konfransı keçirib.

İdman.Biz xəbər verir ki, Niderland təmsilçisinin qapıçısı Viteslav Yaroş qarşılaşma öncəsi verdiyi açıqlamada komandanın son dövrdə inkişaf etdiyini vurğulayıb.

Qolkiper “Ayaks”da hər şeyin yaxşı keçdiyini bildirib:

“Komandamız son matçlarda xeyli irəliləyiş göstərib. Son iki oyuna əsasən bunu açıq şəkildə deyə bilərəm. “Qarabağ”a qarşı yaxşı oyun göstərəməyə çalışacağıq”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” - “Ayaks” qarşılaşması dekabrın 10-da saat 21:45-də start götürəcək.

İdman.Biz

Məqalədə: