“Luverpul”un braziliyalı qapıçısı Alisson Beker klubun baş məşqçisi olan və hazırda çətin günlərini yaşayan baş məşqçi Arne Slota dəstək olub.
İdman.Biz xarici KİV-ə istinadən xəbər verir ki, təcrübəli qapıçı niderlandlı mütəxəssisin ötən mövsüm kluba Premyer Liqa çempionluğunu qazandırdığını xatırladıb.
“Arne Slotu dəstəkləyirəmmi? Əlbəttə. Ötən mövsüm Premyer Liqa titulunu qazandıq. Görünür ki, hamı bunu adi hal kimi qəbul edir. Amma biz onun biliklərinə və oyun üslubuna inanırıq.
Salahın “İnter”lə oyunda iştirak edə bilməməsi – bu, onun etdiklərinin nəticəsidir. O, bunu dərk edəcək qədər ağıllıdır. Biz uzun illərdir yaxşı münasibət saxlayırıq, o, “Liverpul”un əfsanəsidir. Onunla danışacağıq, amma bu, şəxsi söhbət olacaq” – deyə braziliyalı qapıçı vurğulayıb.
Xatırladaq ki, “Liverpul”da baş məşqçi Arne Slot ilə misirli futbolçu Məhəmməd Salah arasında gərginlik yaşanır.
Xüsusən M.Salahın “Liverpul”un Çempionlar Liqasında “İnter”lə gözlənilən oyunda həyətə daxil etməməsi bu gərginliyi bir qədər də artırıb.
