Nikolya Pepe: “Əvvəl Fransanı, sonra Kot-d'İvuarı seçən futbolçuya mən “yox” deyərdim”

Xəbərlər
8 Dekabr 2025 12:17
53
Nikolya Pepe: “Əvvəl Fransanı, sonra Kot-d'İvuarı seçən futbolçuya mən “yox” deyərdim”

Kot-d'İvuar millisinin üzvü, “Vilyarreall”ın hücumçusu Nikolya Pepe qapıçı Alban Lafonun milli komanda seçimi ilə bağlı sərt fikirlər səsləndirib.

İdman.Biz bu barədə xarici KİV-ə istinadən məlumat yayıb.

“Əvvəl Fransa yığmasını, sonra isə Kot-d'İvuarı millisini seçən futbolçu? Əgər mən baş məşqçi və ya federasiya olsaydım - dərhal “yox, təşəkkür edirəm” deyərdim. O, Burkina-Faso doğumludur, amma Kot-d’İvuarı seçdi. O, əslən kot-d'ivuarlı deyil, sadəcə pasportu var,” - deyə futbolçu bildirib.

Qeyd edək ki, Alban Lafon əvvəllər Fransa gənclər millisini təmsil etsə də, daha sonra Kot-d’İvuarın əsas komandasına çağırılıb.

İdman.Biz

Məqalədə: