İspaniya la Liqasının 15-ci turu çərçivəsində “Espanyol” evdə “Rayo Valyekano”nu 1:0 hesabı ilə üstələyib.
İdman.Biz xəbər verir ki, yeganə qolu görüşün 39-cu dəqiqəsində penaltidən Roberto Fernandes vurub.
İkinci hissədə qonaqlardan Unai Lopes 64-cü dəqiqədə qırmızı vərəqə alıb. Meydan sahibləri də oyunu 87-ci dəqiqədə Tayris Dolanın meydandan qovulmasından sonra azlıqda başa vurublar.
“Espanyol” ardıcıl üçüncü qələbəsini qazanaraq 27 xalla La Liqa turnir cədvəlinin 5-ci pilləsinə yüksəlib. “Rayo Valyekano” isə 17 xalla 11-ci sıradadır.
