Almaniya Bundesliqası: “Borussiya” evdə inamlı qələbə qazandı - VİDEO

Xəbərlər
7 Dekabr 2025 23:36
48
Almaniya Bundesliqası: “Borussiya” evdə inamlı qələbə qazandı - VİDEO

Almaniya Bundesliqasının 13-cü turunda Dortmund “Borussiya”sı öz meydanında “Hoffenhaym”ı 2:0 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, qarşılaşmanın birinci hissəsində hesabı Yulian Brandt açıb. İkinci yarıda isə Niko Şlotterbek fərqlənərək oyunun yekun nəticəsini müəyyənləşdirib.

Bu qələbə ilə “Borussiya” Bundesliqadakı məğlubiyyətsiz seriyasını altı matça çatdırıb. Niko Kovaçın rəhbərlik etdiyi kollektiv aktivinə 28 xal yazdıraraq turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.

23 xalla beşinci sırada yer alan “Hoffenhaym” isə ardıcıl altı oyundur davam edən məğlubiyyətsizlik seriyasını başa vurub.

İdman.Biz

Məqalədə: