"Turan Tovuz"un müdafiəçisi Roderik Miller komandasının Azərbaycan kuboku və Misli Premyer Liqasındakı hədəflərindən bəhs edib.
İdman.Biz xəbər verir ki, sportal.az saytına açıqlamasında panamalı futbolçu hər iki turnirdə uğurlu nəticə qazanmaq istədiklərini söyləyib:
"Şahdağ-Qusar"la kubok görüşü bizim üçün çətin keçdi (2:1). Amma əsas məsələ növbəti mərhələyə çıxmaq idi. 1/4 finalda "Kəpəz"lə oynayacağıq. Bu turnir də bizim üçün prioritetdir. Ölkə kubokunda finala çıxaraq, orada da qalib gəlmək istəyirik.
Amma bunun baş verməsinə hələ vaxt var. İndi məqsəd üç oyunluq qələbəsiz seriyamızı qırmaqdır. Buna görə də qarşıdakı turda "Qəbələ"ni məğlub etməliyik. Çətin oyun olacaq. Lakin biz də bu oyuna hazırlaşmışıq. "Qəbələ" yaxşı futbol oynayır və qalib gəlməyə başlayıb".
