İspaniya La Liqasının 15-ci turunda “Elçe” doğma meydanda “Jirona” üzərində 3:0 hesablı inamlı qələbə qazanıb.
İdman.Biz xəbər verir ki, qarşılaşmada “Elçe”nin heyətində Rafael Mir iki dəfə fərqlənib, Herman Valera isə daha bir qola imza atıb.
Bu nəticədən sonra “Elçe” 19 xalla turnir cədvəlində 9-cu pilləyə yüksəlib. Komanda növbəti turda dekabrın 13-də səfərdə “Mallorka” ilə qarşılaşacaq.
“Jirona” isə 12 xalla 18-ci sırada qərarlaşıb. Komanda növbəti matçını dekabrın 12-də səfərdə “Real Sosyedad”a qarşı keçirəcək.
