FIFA 2026 Dünya Çempionatının oyun təqvimini açıqlandı

Xəbərlər
7 Dekabr 2025 15:15
64
FIFA 2026 Dünya Çempionatının oyun təqvimini açıqlandı

FIFA 2026 Dünya Çempionatının rəsmi oyun cədvəlini dərc edib.

İdman.Biz xəbər verir ki, turnirin açılış qarşılaşması Meksika millisi ilə Cənubi Afrika Respublikası yığması arasında 11 iyun tarixində Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq. Növbəti oyun həmin gün Cənubi Koreya komandası ilə UEFA pley-off qaliblərindən biri arasında saat 08:00-da keçiriləcək.

İyunun 12-də Kanada yığması UEFA pley-off qalibi ilə Bakı vaxtı ilə saat 23:00-da qarşılaşacaq. ABŞ – Paraqvay oyunu isə saat 05:00-da start götürəcək.

İyunun 23-dək olan müddətdə hər gün dörd oyun keçiriləcək. Matçların başlama vaxtları Bakı vaxtı ilə ən erkən saat 20:00-dan, ən gec isə saat 08:00-a qədər davam edəcək.

Qrup mərhələsinin son turunda isə gündə altı qarşılaşma planlaşdırılıb və oyunlar saat 23:00–00:00 aralığından 06:00–07:00-dək keçiriləcək.

1/16 final matçları Bakı vaxtı ilə saat 20:00-dan 07:00-dək, 1/8 final oyunları isə saat 20:00-dan 04:00-dək başlanacaq.

Dörddəbir final qarşılaşmaları 9 iyul saat 00:00-da, 10 iyul saat 23:00-da, 13 iyul tarixində isə saat 01:00 və 05:00-da keçiriləcək.

Yarımfinal oyunları 14 və 15 iyul tarixlərində Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.

Üçüncü yer uğrunda qarşılaşma 20 iyul saat 01:00-da, final oyunu isə həmin gün saat 23:00-da keçiriləcək.

Qeyd edək ki, dünya çempionatı gələn yay 11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada təşkil olunacaq.

İdman.Biz

Məqalədə: