İtaliyanın A seriyasında bu axşam turun ən maraqlı qarşılaşmalarından biri “Napoli” və “Yuventus” komandaları arasında keçiriləcək.
İdman.Biz xəbər verir ki, turnir cədvəlində iki komanda arasında 5 xallıq fərq var və Turin təmsilçisi bu oyunda qalib gələrək liderlərə bir qədər də yaxınlaşmaq niyyətindədir. “Napoli” isə öz meydanında üstünlüyünü qorumağa çalışacaq.
Qarşılaşmanın həm turnir baxımından, həm də psixoloji üstünlük baxımından böyük əhəmiyyət daşıdığı bildirilir. Azarkeşlər bu axşam A Seriyasında mövsümün ən prinsipial oyunlarından birini izləyəcəklər.
