Azərbaycanlı futbolçu Qırğızıstan klubundan ayrılıb

Xəbərlər
27 Noyabr 2025 12:23
38
Azərbaycanlı futbolçu Qırğızıstan klubundan ayrılıb

Qırğızıstanın “Alay” klubunda çıxış edən Ramin Əhmədov komandadan ayrılıb.

Futbolçu offsideplus.az-a açıqlamasında bildirib ki, müqavilə müddəti başa çatdığı üçün komanda ilə yollarını ayırıb.

Qeyd edək ki, R.Əhmədov "Alay"da keçirdiyi 29 matçda 5 qol vurub, 3 asist edib. R.Əhmədov "Şamaxı", və "Zirə" klublarında da forma geyinib.

İdman.Biz