Messi ilə görşdüyünə görə azarkeş işini itirdi - VİDEO

Xəbərlər
18 Noyabr 2025 13:37
38
Messi ilə görşdüyünə görə azarkeş işini itirdi - VİDEO

“İnter Mayami”nin səfər oyunları zamanı Lionel Messi ilə təsadüfi qarşılaşma bir Ekvador azarkeşi üçün həm sevinc, həm də böyük itkiyə səbəb olub.

İdman.Biz xəbər verir ki, azarkeş Messi ilə qısa görüşünü sosial şəbəkədə paylaşdıqdan sonra işindən çıxarılıb.

Ekvadorlu qadının çəkdiyi videoda onun Messini görərkən həyəcanlanması, futbolçu ilə qısaca danışması, eləcə də Messinin kameraya əl edib dostuna salam göndərməsi əks olunub. Azarkeş videoda demək olar ki, şok vəziyyətində görünür və görüş onun üçün unudulmaz təsir bağışlayır.

Lakin bu paylaşım qadının iş həyatında ciddi problem yaradıb. İşəgötürən onun həmin gün işdə olmamasına baxmayaraq video paylaşmasını “işdən yayınma” kimi qiymətləndirib və nəticədə azarkeşi işdən azad edib.

Qadın sonradan paylaşımına belə bir qeyd yazıb:

“Mən dostumun arzusunu gerçəkləşdirdim: Lionel Messi ona salam göndərdi. Təəssüf ki, bu video mənə işimi itirməyə sıbıb oldu. Tanrının vaxtlaması mükəmməldir, məni daha yaxşı bir şey gözləyir”.

Qeyd edək ki, Lionel Messi “İnter Mayami” ilə müxtəlif ölkələrə səfərlər edərkən azarkeşlərlə sıx şəkildə ünsiyyət saxlayır və bu cür təsadüfi görüşlər tez-tez diqqət çəkir.

İdman.Biz