2026-cı ilin “Qızıl top”unun əsas favoriti müəyyənləşdi

Xəbərlər
16 Noyabr 2025 19:50
28
2026-cı ilin “Qızıl top”unun əsas favoriti müəyyənləşdi

Fransa millisinin və “Real”ın hücumçusu Kilian Mbappe 2026-cı ildə “Qızıl top”u qazanmağa əsas favorit kimi göstərilib.

İdman.Biz xəbər verir ki, Mbappenin qələbəsinə bukmeykerlər 3.25 əmsal təklif edirlər.

Onun ən yaxın rəqibi isə “Barselona”nın gənc ulduzu Lamin Yamaldır - 3.75 əmsal. İlk əvvəl isə Yamal birinci favorit sayılırdı.

2026-cı ilin “Qızıl top”u üçün bukmeyker cədvəli belədir:

1. Kilian Mbappe– “Real” — 3.25
2. Lamin Yamal – “Barselona” — 3.75
3. Harri Keyn– “Bavariya” — 5.50
4. Erlinq Holand– “Mançester Siti” — 7.00
5. Usman Dembele – PSJ — 17.00
6. Lionel Messi– “İnter Mayami” — 19.00
7–10. Bukayo Saka– “Arsenal” — 21.00
7–10. Maykl Olise– “Bavariya” — 21.00
7–10. Pedri– “Barselona” — 21.00
7–10. Cud Bellinqem– “Real” — 21.00

İdman.Biz