FIFA təhqiramiz davranan azarkeşlərə bilet qadağası tətbiq etdi

Xəbərlər
16 Noyabr 2025 18:50
36
FIFA təhqiramiz davranan azarkeşlərə bilet qadağası tətbiq etdi

Xüsusilə oyunçulara, məşqçilərə və hakimlərə qarşı onlayn təhqirlərin artması FIFA-nı yeni mexanizmlər tətbiq etməyə vadar edib.

İdman.Biz xəbər verir ki, FIFA prezidenti Canni İnfantino onlayn təhqirdə günahkar bilinən azarkeşlərin xüsusi qara siyahıya salınacağını və onların təşkilatın turnirlərinə bilet ala bilməyəcəyini açıqlayıb.

Federasiyanın məlumatına görə, sosial media monitorinq xidməti (SMPS) artıq bir neçə böyük turnirdə tətbiq olunur və pozucuların müəyyənləşdirilməsi üçün aktiv şəkildə çalışır. 2022-ci ildən bəri platformalara təhqiredici kontentin silinməsi üçün 65 mindən çox tələb göndərilib, bunun 30 minə yaxını isə cari ilin payına düşür.

İnfantino bildirib ki, futbol meydanda da, tribunada da, internetdə də təhlükəsiz mühit olmalıdır. O əlavə edib ki, bu cür davranışlara yol verən şəxslər FIFA tədbirlərinə giriş hüququndan məhrum ediləcək.

2025-ci ildə artıq 11 nəfər haqqında məlumat Argentinadan Braziliyaya, Fransadan Polşaya, İspaniyadan ABŞ-a qədər müxtəlif ölkələrin hüquq-mühafizə orqanlarına göndərilib. Bir hadisə hətta İnterpola qədər çatıb.

Qeyd olunur ki, milli assosiasiyalar da bu istiqamətdə ölçü götürür.

İdman.Biz

Məqalədə: