Azərbaycanın U-21 millisinin Cəbəllütariqlə oyununun hakim təyinatları açıqlanıb

Xəbərlər
16 Noyabr 2025 15:25
35
Azərbaycanın U-21 millisinin Cəbəllütariqlə oyununun hakim təyinatları açıqlanıb

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Cəbəllütariq (U-21) - Azərbaycan (U-21) oyununa hakim təyinatları açıqlanıb.

İdman.Biz xəbər verir ki, qarşılaşmanı Rumıniyadan olan hakimlər briqadası idarə edəcək:

Cəbəllütariq (U-21) - Azərbaycan (U-21)

Baş hakim: Andrei Çivulete

Baş hakimin köməkçiləri: Radu Ginkuleaç, Mixayta Nekula

Dördüncü hakim: George Katalin Roman

(Hakimlər briqadası Rumıniyadandır).

Qeyd edək ki, qarşılaşma noyabrın 18-də, Bakı vaxtı ilə saat 22:00-da "Europa Point Stadium"da təşkil olunacaq.

İdman.Biz