Fransa millisinin hədəfi sabah DÇ-2026-nın seçmə mərhələsində Azərbaycanla oynayacağı görüşdə qələbə əldə etməkdir.
İdman.Biz xəbər verir ki, bunu Fransa millisinin futbolçusu İbrahim Konate matçdan əvvəl mətbuat konfransında deyib.
O, oyundan maksimum zövq almağa çalışacaqlarını bildirib:
“Kapitan olub-olmayacağımı bilmirəm. Oyun çətin keçə bilər, amma çalışırıq zövq alaq. Məqsədimiz qələbə qazanmaq və statistikanı artırmaqdır. İlk oyunda Azərbaycan yığması bizi təəccübləndirdi. Bəlkə də bu fikirlərimə görə məni tənqid edəcəksiniz, amma sabah nə olursa olsun, artıq DÇ-2026-nın final mərhələsinə vəsiqəni təmin etmişik. Gələcək matçlara fokuslanmırıq, anı yaşayırıq. Azərbaycan yığması illik oyunda keyfiyyətini göstərmişdi”.
Qeyd edək ki, Azərbaycan - Fransa qarşılaşması noyabrın 16-da, Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:00-da start götürəcək.
Leyla Eminova
